Trampı nüvə saizşindən çıxmağa təşviq edən İsrail və Səudiyyə peşman olacaq – İran

/ Çərşənbə, 06 May 2020 14:10
Trampı nüvə saizşindən çıxmağa təşviq edən İsrail və Səudiyyə peşman olacaq – İran

“Amerika qəflət yuxusundan indi oyanıb ki, nüvə sazişindən nəyə görə çıxdım. Eləcə də Trampı nüvə sazişindən çıxmağa təşviq edən İsrail, Səudiyyə və ABŞ-dakı radikallar bu addımlarına görə peşman olacaqlar və böyük səhvə yol verdiklərini dilə gətirəcəklər.”

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu günkü çıxışında deyib.

Həsən Ruhani açıqlayıb ki, Tramp Administarasiyası nüvə sazişindən çıxmaqla böyük səhvə yol verib. O əlavə edib ki, Tramp administrasiyasını bu addıma təşviq edən Səudiyyə, İsrail və ABŞ-dakı radikallar da böyük səhvə yol verdiklərini dilə gətirəcəklər.

Həsən Ruhani Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı, son zamanlarda ABŞ-ın İrana silah idxalı və bu ölkədən silah ixracı ilə bağlı sanksiyaların müddətinin bitməsinin qarşısı almaq üçün yenidən hərəkətə keçməsinə toxunub.

Həsən Ruhani əlavə edib ki, nüvə sazişinə əsasən cari ilin oktyabr ayında İranla silah-alqı satqısı sanksiyasının müddəti bitəcək. Amma ABŞ-ın bu sanksiyanın müddətini uzatmaq çabası fayda verməyəcək.

Həsən Ruhani eyni zamanda sözügedən qadağanın müddətinin artırılacağı təqdirdə İrandan ciddi və və qəti cavabın gələcəyni deyib.

Please publish modules in offcanvas position.