Taliban və ABŞ nümayəndələri sülh sazişinə görə yenidən görüşüblər

/ Cümə axşamı, 07 May 2020 14:55
Taliban və ABŞ nümayəndələri sülh sazişinə görə yenidən görüşüblər

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Talibanın nümayəndə heyətilə görüşüb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, ABŞ rəsmi nümayəndəsinin Taliban hərəkatı ilə yeni görüşü Qətər paytaxtı Dohada baş tutub.

Tərəflər mart ayında rəsmən imzalanmış sülh sazişinin tam şəkildə icra edilməsi üçün görüşüblər.

Məlumata görə ABŞ nümayəndəsi Taliban tərəfindən hücumların dayandırılması, Əfqanıstandaxili danışıqları bərpa etməyi və koronavirusla bağlı birgə mübarizənin həyata keçirilməsini istəyib.

ABŞ Dövlət Katibliyindən verilən açıqlamaya görə Zalmay Xəlilzad sülh sazişilə bağlı Hindistan və Pakistana da səfər edərək, bu ölkə rəsmilərilə danışıqlar aparacaq.

Qeyd edək ki, Taliban ABŞ-la sülh sazişi imzalasa da Əfqanıstan hökumətilə hələ danışıqlara başlamayıb. Taliban bunun üçün hökumətdən azı 5 min məhbusun azad edilməsini, Rəsmi Kabil isə Talibandan hücumların dayandırılmasını tələb edir.

Please publish modules in offcanvas position.