İslandiyada koronavirusun yayılmasının faktiki olaraq qarşısı alınıb, ölkədə yoluxanların 97 faizi sağalıb. Bu barədə hökumətin açıqlamasında deyilir.
"İslandiyada COVID-19 üçün testi müsbət çıxan 1799 nəfərdən 1750-si artıq sağalıb.
"Təəssüf ki, xəstəlik on nəfərin ölümünə səbəb olub", açıqlamada deyilir.
İndi ölkədə koronavirusa yoluxanlar 39 nəfərdi, üç nəfər xəstəxanalarda qalır, lakin onların vəziyyəti narahatlıq doğurmur.
İslam.az RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bazar ertəsi günü, İslandiya hökuməti planlaşdırıldığı kimi, 16 martda tətbiq edilən məhdudlaşdırıcı tədbirləri ləğv etməyə başlayıb.