Mayın 18-dən Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda koronavirusa görə tətbiq edilən məhdudiyyətlər götürüləcək.
İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib.
Qeyd edib ki, rayona giriş-çıxış həmin tarixdən etibarən tam açılacaq.