Neft yenidən bahalaşmağa başlayıb

/ Cümə axşamı, 07 May 2020 15:02
Neft yenidən bahalaşmağa başlayıb

Dünya bazarında xam neftin qiymətləri günə azalma ilə başladıqdan sonra günorta saatlarına doğru sürətlə artmaqdadır.

İslam.az “Report”-a istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,34% artaraq 31,01 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5,92% artaraq 25,41 ABŞ dolları olub.

Please publish modules in offcanvas position.