Koronavirus infeksiyası ilə bağlı araşdırma aparan Pittsburq Universitetinin alimi Bin Liu ölü tapılıb.
İslam.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "People" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, polis şənbə günü 37 yaşlı Liunun cəsədini aşkar edib.
Onun qatili olduğu iddia edilən şəxs də maşında ölü tapılıb, polis onun intihar etdiyini düşünür.
Onların bir-birini tanıdığı bildirilir.
"Bin koronavirusa yoluxmanın əsasında dayanan hüceyrə mexanizmlərinin mahiyyətini anlamaqla bağlı çox vacib kəşfin astanasında idi", deyə alimin həmkarları bildirib.