Taliban əsarətdə olan Əfqanıstan hökuməti qüvvələrindən ilk qrupu azad edib

/ Cümə, 08 May 2020 13:38
Taliban əsarətdə olan Əfqanıstan hökuməti qüvvələrindən ilk qrupu azad edib

Taliban Əfqanıstan hökuməti qüvvələrindən 17 nəfəri azad edib.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə Hərat əyalətinin Qubernatorluğundan məlumat verilib.

Bildirilib ki, Taliban hərəkatı ölkənin qərbində hökumət qüvvələrindən ilk qrupu azad edib və Hərat şəhərində rəsmi dairələrə təhvil verib.

Qeyd edək ki, bundan öncə hökumət də Talibanın 800 civarında üzvünü azad edib.

Bildirək ki, Talibanla ABŞ arasında sülh sazişi imzalansa da birinci hökumət qüvvələrinə hücumu davam etdirəcəyini bildirib. Taliban sülh danışıqları masasına oturmaq üçün 5 min üzvünün azad edilməsini tələb edir. İlkin razılaşmaya görə Taliban da hökumətin qüvvələrindən min nəfəri azad edəcək.

Please publish modules in offcanvas position.