Hindistan Hərbi Hava Qüvvələrinə məxsus bir döyüş təyyarəsi Pakistanla sərhəddə yerə çırpılıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Hindistanın Hərbi hava Qüvvələri bəyanat verib.
Bildirilib ki, Hindistanın Pakistanla sərhədində yerləşən Pəncab əyalətində bir ədəd Mig-29 hərbi təyyarəsi yerə çırpılıb.
Hadisənin dəqiq səbəbi hələ məlum deyil.
Polit katapult edərək Bəncab əyalətinin Huşyar-pur bölgəsində sağlam yerə enə bilib.
Döyüş təyyarəsi yerə çırpılaraq yanıb.