Bu gün imam Həsənin (ə) mövludunun ildönümüdür

/ Şənbə, 09 May 2020 10:25
Bu gün imam Həsənin (ə) mövludunun ildönümüdür

Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı - imam Həsənin (ə) mövludunun ildönümüdür.

Imam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Bu mübarək gün münasibəti ilə islam.az kollektivi bütün müsəlmanları təbrik edir, onlara imam Həsən (ə) müdrikliyi və səbri diləyirik!

Please publish modules in offcanvas position.