İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.
Oman körfəzində İranın keçirdiyi hərbi təlim zamanı baş verən insident nəticəsində azı 19 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti xəbər yayıb.
Yaralıların vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.