Reytinq dəyişdi: Rusiya yoluxmada ABŞ-a çatır

/ Çərşənbə axşamı, 12 May 2020 13:44
Reytinq dəyişdi: Rusiya yoluxmada ABŞ-a çatır

Rusiyada son sutka ərzində koronavirusa 10899 nəfər yoluxub.

İslam.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Rusiya Operativ Qərargahı yayıb.

Məlumata görə, yoluxmada sutkalıq artım 4,9% olub. Bununla da ölkədə koronaya yoluxanların ümumi sayı 232243 nəfərə çatıb. Bu göstərici sayəsində Rusiya Britaniya və İspaniyanı qabaqlayaraq dünya reytinqində ikinci yerə çıxıb.

Qeyd edək ki, hazırda koronavirusa yoluxma göstəricilərinə görə ilk pillədə ABŞ qərarlaşır.

Please publish modules in offcanvas position.