İran XİN rəhbəri məhbusların mübadiləsilə bağlı ABŞ-la danışıqların aparılmasına münasibət bildirib

/ Çərşənbə axşamı, 12 May 2020 14:05
İran XİN rəhbəri məhbusların mübadiləsilə bağlı ABŞ-la danışıqların aparılmasına münasibət bildirib

“ABŞ-la heç bir danışıqlar aparılmır. Təcrübələr bunu göstərir ki, bu həyata keçirilsə belə faydasız qalacaq və onlar vədlərinə əməl etməyəcək.”

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün jurnalistlərə açıqlamasında deyib.

İranın xarici işlər naziri ABŞ-la danışıqların aparılması ilə bağlı son günlərdə irəli sürülən iddialara münasibət bildirib və bu işin faydasız olduğunu dilə gətirib.

“Amerikalılarla heç bir danışıqlardan söhbət gedə bilməz. Amerika bunu göstərdi ki, onların vədlərinə etibar etmək olmaz. Artıq bütün dünya bu qənaətdədir ki, amerikalılar istənilən zaman sazişləri poza bilərlər", deyə Məhəmməd Cavad Zərif məhbusların mübadiləsilə bağlı yalnız İsveçrə səfirliyi vasitəsilə danışıqların aparılcağaını bildirib.

Please publish modules in offcanvas position.