Qəzzada “Qüds Günü” hərbi təlimi keçirilib

/ Çərşənbə axşamı, 12 May 2020 14:07
Qəzzada “Qüds Günü” hərbi təlimi keçirilib

Fələstin Xalq Azadlıq Cəbhəsi Qəzzada "Qüds Günü" adlı hərbi təlim keçirib. Hərbi təlim zamanı "Əbu Əli Mustafa" batalyonları müqavimət qüvvələrinin sionist rejimin mümkün hücumlarına qarşı hazır olduqlarını nümayiş etdirib.

İslam.az İnterAz-a istinadən xəbər verir ki, fələstinli müqavimət qüvvələri hərbi təlimləri Seyid Həsən Nasrallah və şəhid Qasim Süleymaninin fotoşəkilləri qarşısında həyata keçirib.

"Əbu Əli Mustafa" batalyonunun nümayəndəsi "bu təlimin Qüds Günü münasibətilə həyata keçirildiyini və Qüdsün silah gücündən başqa heç bir yolla geri alına bilməyəcəyini" bildirib.

Sionist rejimin Qəzzanı təhdid etməsinə öyrəşdiklərini deyən nümayəndə "onlar üçün nə planlar qurduğumuzu bilirsinizmi" deməklə İsrailin ehtimal hücumlarına qarşı hazır olduqları ismarıcını verib.

Please publish modules in offcanvas position.