Nigeriyada kəndə hücum zamanı 17 nəfər qətlə yetirilib

/ Çərşənbə, 13 May 2020 11:43
Nigeriyada kəndə hücum zamanı 17 nəfər qətlə yetirilib

Nigeriyada silahlılar kəndə hücum edib.

Bu barədə “Daily Post Nigeria” bildirib.

Qeyd edilir ki, hadisə ölkənin şimalında, Kaduna ştatında baş verib. Silahlı şəxslərin Qoan-Roqo kəndinə hücumu nəticəsində az 17 nəfər həlak olub.

Hadisə zamanı xəsarət alan altı yerli sakininin vəziyyəti ağırdır.

Silahlılar həmçinin kənddən xeyli sayda mal-qara aparıb.

Qeyd edilir ki, hücuma görə Fulani tayfasının silahlı qruplaşması məsuliyyət daşıyır.

Please publish modules in offcanvas position.