Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyini bombalayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İraqın şimalındakı Hakurk və Metina bölgələrində PKK terror təşkilatının 4 silahlısı hava zərbələri nəticəsində zərərsizləşdirilib", - məlumatda bildirilib.