Yəmənin cənubunda hökumət qüvvələrilə separatçıların qarşıdurması şiddətlənib, onlarla ölü var

/ Çərşənbə, 13 May 2020 14:38
Yəmənin cənubunda hökumət qüvvələrilə separatçıların qarşıdurması şiddətlənib, onlarla ölü var

Yəmənin cənubunda Əbyən əyalətinin inzibati mərkəzi Zəncəbarda hökumət qüvvələrilə separatçılar arasında qarşıdurmalar digər bölgələrə sirayət edib. Onlarla ölən var.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Yəmənin cənubunda BƏƏ-nin dəstəklədiyi separatçı meyilli “Cənubun Keçid Şurası” mənbələri qarşı tərəfdən 14 nəfərin öldüyünü bildiriblər.

Səudiyyə Ərəbistanı və beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət qüvvələri mənbələri isə Zəncəbarda gedən qarşıdurmalarda qarşı tərəfdən 31 nəfərin zərərsizləşdirdiyini bildiriblər.

“Cənubun Keçid Şurası” rəhbərliyi Hədramaut əyalətində hökumət qüvvələrinə hücumla bağlı öz tərəfdarlarına çağırış edib.

Qeyd edək ki, bundan öncə Yəmənin Sokotra adası da tərəflərin arasında qarşıdurmaların şahidi olub. Ədən şəhərində də tərəflər arasında qarşıdurmaya görə gərgin vəziyyət hökm sürür.

Qeyd edək ki, tərəflər bir neçə ay öncə ər-Riyad sazişini imzaladıqdan sonra ölkənin cənub əyalətlərində nisbi sakitlik bərpa edilmişdi.

Please publish modules in offcanvas position.