Fələstin ərazilərinin İsrailə əlavə edilməməsi üçün Avropa ilə danışıqlar aparır

/ Çərşənbə, 13 May 2020 14:41
Fələstin ərazilərinin İsrailə əlavə edilməməsi üçün Avropa ilə danışıqlar aparır

İsrailin Fələstinin işğal edilən ərazilərində suverenliyini elan etməsi planı reallaşmağa yaxınlaşdıqca Fələstin Muxtariyyəti beynəlxalq müstəvidə hərəkətə keçib və bunun qarşısını almağa çalışır.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, muxtariyyətin baş naziri Məhəmməd Əştiya Avropa İttifaqı rəsmilərilə danışıqlar aparıb.

Fələstin rəsmisi Aİ-nin xarici siyasət məsələləri üzrə ali rəsmisi Cozef Borrellə telefon təmasında Yaxın Şərq münaqişəsilə bağlı beynəlxaq sülh konqresinin keçirilməsini, Aİ tərəfindən İsrailin addımlarının qarşısının alınması üçün lazımi addımların atılmasını, münaqişə ilə bağlı beynəlxalq qərarların tətbiq edilməsini, bu qərarların İsrail tərəfindən pozulmasına imkan verməməyi istəyib. 

Qeyd edək ki, bundan öncə İsrail mətbuatı da Aİ tərəfindən xüsusilə də Cozef Borrelin komandası tərəfindən İsrailə sanksiyaların tətbiq edilə biləcəyindən yazıblar.

Bildirək ki, İsrail yaxın həftələrdə işğalda olan İordan çayının qərb sahilindəki sonradan salınan 121 yəhudi yaşayış massivi üzərində, eləcə də İordan vadisi üzərində suverenliyini elan edəcəyini bildirib. Sözügedən ərazilər ABŞ prezidenti Donald Trampın “Əsrin sazişi” planında da İsrailin əraziləri kimi göstərilib. ABŞ İsrailin sözügedən addımını rəsmən tanımağa hazır olduğunu bildirib.

Please publish modules in offcanvas position.