Bu gecə Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümüdür

/ Cümə axşamı, 14 May 2020 12:31
Bu gecə Həzrət İmam Əlinin (ə) şəhadətinin ildönümüdür

Bu gecə, mübarək Ramazan ayının 21-ci gecəsi (bu il mayın 14-dən 15-nə keçən gecə), Həzrəti Əlinin (ə) şəhid olduğu gecədir. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb.

İslam.az-ın məlumatına görə, hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb.

Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda bu gecə məsum İmamın şəhid olan gecə kimi də tarixə düşüb.

Bununla əlaqədar, Azərbaycanın müsəlman əhalisi də məscidlərdə Qədr gecəsinin ibadətlərini yerinə yetirməklə yanaşı, imamları üçün əzadarlıq məclisləri keçirir. Əza məclislərində İmam Əlinin (ə) saysız hesabsız fəzilətlərindən və islam dini yolunda göstərdiyi xidmətlərdən söz açılır.

İslam.az bu hüznlü hadisə ilə əlaqədar bütün dünya müsəlmanlarına başsağlığı verir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.