Nigeriya ordusu onlarla girovu azad etdi

/ Cümə axşamı, 14 May 2020 13:10
Nigeriya ordusu onlarla girovu azad etdi

Nigeriya ordusu “Boko Haram” yaraqlıları tərəfindən girov götürülən 70-dən çox şəxsi azad edib.

Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Əməliyyat ölkənin şimal-şərqindəki Borno əyalətində mayın 4-dən 14-dək həyata keçirilib.

Girovluqdan azad edilən 72 girov əsasən qadınlar və uşaqlardır.

Bundan əlavə, əməliyyatlar zamanı qrupun azı 18 üzvü məhv edilib. Terrorçuların silahları ələ keçirilib. 

Please publish modules in offcanvas position.