ABŞ Səudiyyə Ərəbistanına 1,85 mlrd. dollarlıq raket satacaq

/ Cümə axşamı, 14 May 2020 13:11
ABŞ Səudiyyə Ərəbistanına 1,85 mlrd. dollarlıq raket satacaq

ABŞ-ın “Boeing” aviaşirkəti Səudiyyə Ərəbistanı ilə 1,85 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb.

Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Sazişə əsasən, “Boeing” Səudiyyə Ərəbistanına 1 000-dən çox hava hücumu və gəmi əleyhinə raket tədarük edəcək. Bundan başqa şirkət krallığın əvvəllər aldığı raketləri modernləşdirəcək.

Məlumata görə, “Boeing” Braziliya, Qətər və Tailandla gəmiəleyhinə raket tədürükü ilə bağlı müqavilə də imzalayıb.

Please publish modules in offcanvas position.