Şimali və Cənubi Amerika koronavirusa yoluxmaya görə Avropanı qabaqlayıb

/ Cümə axşamı, 14 May 2020 15:13
Şimali və Cənubi Amerika koronavirusa yoluxmaya görə Avropanı qabaqlayıb

Dünyada COVID-19-a yoluxanların sayı 4,17 milyonu keçib, 287 mindən çox insan ölüb, Şimali və Cənubi Amerika yoluxma sayına görə Avropanı ötüb.

İslam.az RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qurumdan verilən məlumata görə, son sutka ərzində koronavirusa 81,577 insan yoluxub, 4025 nəfər ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının sayı 4 170.424, ölənlərin sayı 287.399 təşkil edir.

Yoluxma hallarına görə Şimali və Cənubi Amerika Avropanı qabaqlayıb.

Please publish modules in offcanvas position.