Taliban Əfqanıstanın Pəktiya əyalətində şiddətli partlayış törədib, onlarla ölən və yaralanan var

/ Cümə axşamı, 14 May 2020 15:16
Taliban Əfqanıstanın Pəktiya əyalətində şiddətli partlayış törədib, onlarla ölən və yaralanan var

Əfqanıstanın cənub-şərqində Pəktiya əyalətinin inzibati mərkəzi Gərdiz şəhərində həyata keçirilən partlayış onlarla şəxsin ölməsi və yaralanması ilə nəticələnib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Taliban hərəkatı Pəktiya əyalətinin inzibati mərkəzi Gərdiz şəhərində həyata keçirilən partlayışı üzərinə götürüb.

Talibanın sözçüsü Zəbihulla Mücahid Əfqanıstan prezidenti Əşrəf Qəninin iki gün öncəki hücum əmrinə münasibət bildirib və partlayışın da ona cavab olaraq həyata keçirildiyini deyib.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə hücum minalanmış bir mazda markalı maşının şəhərin mərkəzində partladılması ilə həyata keçirilib.

Terror aktı nəticəsində azı 6 nəfərin öldüyü və 19 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, Əşrəf Qəni ayın 12-də Kabildə doğum evinə və Nəngərharda dəfn mərasiminə edilən hücumdan sonra ölkə qüvvələrinə müdafiə vəziyyətindən hücum vəziyyətinə keçşməyi əmr edib.

Əfqanıstanın Milli Təhlükəsizlik Ali Şurası bildirir ki, Taliban ABŞ-la sülh sazişi imzalayandan sonra ölkədə hökumət qüvvələri və obyektlərinə eləcə də mülki obyektlərə qarşı 3732 hücum həyata keçirib.

Please publish modules in offcanvas position.