Saakaşvili Zelenskiyə necə yardım edəcəyini açıqladı

/ Cümə, 15 May 2020 14:07
Saakaşvili Zelenskiyə necə yardım edəcəyini açıqladı

Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı yeni qanun layihəsini davam etdirmək niyyətindəyəm.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli İslahatlar Mərkəzinin İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili deyib.

“Mən Milli İslahatlar Mərkəzinə dövlət-özəl sektor əməkdaşlığı ilə bağlı yeni qanun təklif etmək istəyirəm. Burada əsas funksiyalar özəl subyektlərə məxsus olmalıdır. Biz gərək kiçik və orta bizneslərlə bu tərəfdaşlığı artıraq və deyək ki, dövlət yalnız ayrı funksiyaları icra edə bilər, digər funksiyaları isə insanlarla birgə etmək olar”, – Saakaşvili bildirib.

O, Prezident Vladimir Zelenskiyə islahatların həyata keçirilməsində kömək etmək istədiyini və başqa ambisiyalarının olmadığını, biznesə dövlət nəzarətinin azaldılması ilə məşğul olacağını və gömrükdə vəziyyətin yaxşılaşdırılması üçün təkliflər hazırladığını qeyd edib.

Please publish modules in offcanvas position.