Gürcüstanda fövqəladə vəziyyət mayın 22-də başa çatacaq

/ Cümə, 15 May 2020 16:34
Gürcüstanda fövqəladə vəziyyət mayın 22-də başa çatacaq

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət mayın 22-də başa çatacaq.

İslam.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

O bildirib ki, həmin tarixdən sonra fövqəladə vəziyyətin uzadılması üçün parlamentə müraciət olunmayacaq.

Baş nazir əlavə edib ki, bununla belə bəzi məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Gürcüstanda virusla əlaqədar mart ayında fövqəladə vəziyyət elan olunmuş və bir neçə dəfə uzadılmışdı.

Bu günədək ölkədə 671 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb.

Please publish modules in offcanvas position.