ABŞ-da koronavirusdan ölənlərin sayı 87 minə çatır

/ Şənbə, 16 May 2020 11:46
ABŞ-da koronavirusdan ölənlərin sayı 87 minə çatır

Son gün ərzində ABŞ-da yeni koronavirusdan ölənlərin sayı 1 702 nəfər artıb.

Qeyd edilir ki, bununla da Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 86 970 nəfərə çatıb. Məlumata görə, son 24 saat ərzində virusa daha 27 598 yoluxma qeydə alınıb. Bununla da ABŞ-da COVID-19 daşıyıcılarının sayı 1 459 684 nəfərə çatıb.

ABŞ əvvəlki kimi dünyada koronavirusdan ən çox zərərçəkən ölkə olaraq qalır. Birləşmiş Ştatlarda koronavirusa ən çox yoluxma və ölüm Nyu-York, Nyu-Cersi və İllinoys ştatlarında qeydə alınıb. Nyu-Yorkda COVID-19-a 353 096 nəfər yoluxub, 27 426 insan xəstəliyin qurbanı olub. Nyu-Cersidə 144 024 insan virus daşıyıcısı kimi qeydə alınıb, İllinoysda isə 87 937 nəfər təhlükəli virusa yoluxub.

ABŞ əhalinin sayı 330 milyon nəfər təşkil edir. Yeni koronavirus testindən 10 658 000 amerikalı keçib. Ölkədə COVID-19-dan ümumilikdə 318 mindən çox insan sağalıb.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.