Xəlifə Haftarın rəhbərlik etdiyi “Liviya Milli Ordusu” paytaxt Tripolinin cənub qərbində strateji qərargahı itirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, “Milli Birlik Hökuməti”nin qüvvələri Tripolinin cənub-qərbində yerləşən və ələ keçirilən əl-Vatiyya hərbi hava qərargahının görüntülərini yayımlayıblar.
Bu hərbi qərargah tərəflər arasında həftələrlə davam edən qarşıdurmalardan sonra “Milli Birlik Hökuməti” qüvələrinin nəzarətinə keçib.
Qeyd edək ki, BMT-nin Liviyada atəşkəslə bağlı qərarına baxmayaraq, ölkədə döyüşlər səngimək bilmir. Hazırda paytaxt Tripoli və bəzi sahil əyalətləri istisna olmaqla ölkənin əksər bölgələrini Xəlifə Haftarın Ordusu nəzarətdə saxlayır.