Trampın koronavirusdan müdafiə üsulu ölümcül təhlükəli hesab olunub

/ Çərşənbə axşamı, 19 May 2020 11:33
Trampın koronavirusdan müdafiə üsulu ölümcül təhlükəli hesab olunub

ABŞ Prezidenti Donald Trampın koronavirusdan müdafiə üsulu müxtəlif xəstəliyi olan insanlar üçün ölümcül təhlükəlidir.

“Fox News” telekanalının məlumatına görə, bu barədə məşhur amerikalı aparıcı Nil Kavuto xəbərdarlıq edib.

Onun sözlərinə görə, araşdırmalar zamanı müəyyən xəstəlikləri olan insanların “hidroksiklorokin” preparatını qəbul etməsinin təhlükəli olduğu məlum olub.

“Bu sizi öldürər”, - deyə N.Kavuto vurğulayıb.

O, Veteran İşləri İdarəsi tərəfindən xəstənin tənəffüs və ya ürək xəstəliyi olduğu təqdirdə “hidroksiklorokin” preparatını qəbul etməsinin riskini sübut edən araşdırmanı nümunə kimi göstərib. Tədqiqat bu xəstəliklərə tutulan və “hidroksiklorokin” preparatını qəbul edən xəstələrin öldüyünü göstərib.

Qeyd edək ki, Tramp gündə bir dəfə “hidroksiklorokin” preparatını qəbul etdiyini bildirib. Malyariyaya qarşı olan bu preparat ona həkim tərəfindən təyin olunub.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.