Çində bir neçə yaşayış məntəqəsində karantin tətbiq edilib

/ Çərşənbə axşamı, 19 May 2020 15:37
Çində bir neçə yaşayış məntəqəsində karantin tətbiq edilib

Çin hökuməti 34 koronavirusa yoluxma halının qeydə alındığı  ölkənin şimal-şərqindəki Szilin əyalətindəki bir sıra yaşayış məntəqələrində sərt karantin tədbirləri tətbiq edib.

İslam.az SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə "South China Morning Post" məlumat yayıb.

Məlumata əsasən, 700 minlik əhalisi olan Şulan əyalətində bazar ertəsi günorta saatlarından etibarən ciddi tədbirlər görülür.

Əyalət rəhbərliyi, koronavirusa yoluxma hallarının qeydə alındığı kəndlərə və ya yaşayış qəsəbələrinə giriş-çıxışın bağlandığını elan edib.

Mağazalardan əhali üçün evlərə ərzaq tədarükünün təşkili tələb olunur.

Please publish modules in offcanvas position.