İrandan İordan çayının qərb sahilinə silahlanma çağırışı

/ Çərşənbə, 20 May 2020 10:46
İrandan İordan çayının qərb sahilinə silahlanma çağırışı

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İordan çayının Qərb sahilində əhalinin Qəzzadakı kimi silahlanmalı olduğunu deyib.

“Anadolu” agentliyi bu barədə Xameneinin “Twitter” hesabında paylaşım etdiyini xəbər verir.

O qeyd edib ki, fələstinlilərin yaşadığı çətinlikləri azalda biləcək yeganə amil gücdür:

“Güzəştə getmək bu qəsbkar, pis və qurda bənzəyən quruluşun zalımlığını cüzi də olsa azaltmayacaq”.

Please publish modules in offcanvas position.