Çeçenistanda Ramazan bayramı günlərində evdən çıxmaq qadağan edildi

/ Cümə axşamı, 21 May 2020 11:08
Çeçenistanda Ramazan bayramı günlərində evdən çıxmaq qadağan edildi

Çeçenistan hakimiyyəti mayın 23-dən 26-dək davam edəcək Ramazan bayramının qeyd olunması üçün respublika daxilində gəzintiləri tamamilə qadağan edib.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl respublikanın rəhbəri Ramzan Kadırov müsəlmanların əsas bayramlarından biri olan Ramazanın qeyd olunması ilə əlaqədar dörd gün istirahət elan etmiş, koronavirusun yayılması təhlükəsi səbəbindən vətəndaşları bu il evlərində qalmağa və ziyarətə getməməyə çağırmışdı.

Bu müddət ərzində nazirliklər, xəstəxanalar və təcili tibbi yardım xidmətlərindən başqa qurumlar da işləməyəcək.

Özünütəcrid rejimini pozanlar cəzalandırılacaq.

Regional Səhiyyə Nazirliyinin məlumatına görə, respublikada 1 005 nəfər koronavirusa yoluxub, onlardan 620-si sağalıb, 11-i ölüb.

Please publish modules in offcanvas position.