İraqda İŞİD-in yeni lideri saxlanıldı

/ Cümə axşamı, 21 May 2020 11:11
İraqda İŞİD-in yeni lideri saxlanıldı

İŞİD terror təşkilatının ötən il öldürülən sabiq lideri Əbubəkr Əl-Bağdadinin xələfi Abdullah Qardaş İraq xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə məlumatı İraq Milli Kəşfiyyat Xidməti yayıb.

Maraqlıdır ki, saxlanılan terrorçunun fotosu ötən gün təhlükəsizlik məsələləri üzrə iraqlı ekspert Huşam əl-Haşimi tərəfindən yayımlanıb.

Ekspert bildirib ki, Abdullah Qardaş “Əl-Qaidə” terror təşkilatında yüksək nüfuza sahib olub, 2007-ci ildə isə İŞİD sıralarına qoşulub.

Please publish modules in offcanvas position.