Venesuela Prezidenti Nikolas Maduro kolumbiyalı həmkarı İvan Dukeni Bolivar Respublikasında koronavirusu yaymaqda ittiham edib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, müvafiq bəyanatı Maduro Karakasda çıxışı zamanı verib.
"Bu gün virus Kolumbiyadan və Braziliyadan qayıdan 67 venesuelalıda aşkar edilib. Onlar ölkəyə daxil olur və İvan Dukenin istədiyi kimi insanları infeksiyaya yoluxdurur. O, Venesuelada bu xəstəliyin yayılması üçün hər şeyi etməyi əmr edib", Maduro bildirib. Onun çıxışı dövlət televiziyasında yayımlanıb.
Onun sözlərinə görə, ölkəyə qayıdan venesuelalılara kolumbiyalılar "sirniyyat səbətləri" hədiyyə edib.
"Onlar Kalidən, Boqotadan, Medellinadan çıxarkən səhəttlərində heç bir problem olmayıb. Heç kimlə ünsiyyət qurmayıblar. Buna görə də avtobuslarda yoluxduqlarını təxmin edirlər", Maduro deyib.