Vladimir Putin Çingiz Abdullayevi təltif etdi

/ Cümə axşamı, 21 May 2020 14:36
Vladimir Putin Çingiz Abdullayevi təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romanların müəllifi Çingiz Abdullayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İslam.az xəbər verir ki, bu barədə “Moskva-Bakı” nəşri məlumat yayıb.

Çingiz Abdullayev, əsasən, siyasi və psixoloji detektiv janrında olan əsərlərini rus və Azərbaycan dillərində yazır.

Onun ədəbi fəaliyyəti “Vals” (1981) və “Bir tikə çörək” (1981-1982) kimi bir neçə lirik hekayə ilə başlayıb. İlk böyük əsəri “Mavi mələklər” 1988-ci ildə dərc olunub. Sonradan “Əclafların qanunu”, “Əclafların kredosu” və “Əclafların vicdanı” adlı trilogiyası işıq üzü görüb.

2002-ci ildə rusiyalı kinematoqrafçılar bu əsərin əsasında “Dronqo” serialını çəkiblər.

Çingiz Abdullayev, ümumilikdə, 194 adda kitabın müəllifidir.

Please publish modules in offcanvas position.