Pakistanda göyərtəsində 107 sərnişin olan təyyarə qəzaya uğrayıb, ölənlər var (VİDEO)

/ Cümə, 22 May 2020 15:54
Pakistanda göyərtəsində 107 sərnişin olan təyyarə qəzaya uğrayıb, ölənlər var (VİDEO)

Pakistanın Kəraçi şəhərində ölkənin hava yollarına məxsus bir sərnişin təyyarəsi qəzaya uğrayıb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Pakistanın Hava Yolları Şirkəti bəyanat verib.

Bildirilib ki, bu gün Lahurdan Kəraçiyə uçan A320 tipli sərnişin təyyarəsi hava limanında eniş zamanı qəzaya uğrayıb və partlayış baş verib.

Təyyarə Kəraçi hava limanı yaxınlığında məskunlaşma olan əraziyə çırpılıb.

Bu qəzada ölənlərin olduğu bildirilib. Ölənlərin sayı dəqiq bilinmir.

Please publish modules in offcanvas position.