Siyasi rəqibi Trampı axmaq adlandırdı

/ Çərşənbə, 27 May 2020 10:59
Siyasi rəqibi Trampı axmaq adlandırdı

ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaq adlandırıb.

O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.

Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.

O, bunu Trampın “Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.

Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb. 

“O, əsl axmaqdır... Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, - deyə Bayden bildirib.

Please publish modules in offcanvas position.