ABŞ prezidentlərinin dini ayinləri icra etdiyi kilsə yandırıldı

/ Bazar ertəsi, 01 İyun 2020 16:34
ABŞ prezidentlərinin dini ayinləri icra etdiyi kilsə yandırıldı

ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Müqəddəs İohann kilsəsini yandırıblar.

Kilsə Ağ Ev binasının bir neçə addımlığında yerləşir.

REN TV xəbər verir ki, Müqəddəs İohann kilsəsi 200 ilə yaxındır ki, ABŞ prezidentlərinin dini ayinlərin icrası üçün üz tutduqları məkandır.

Nümayişçilər kilsənin fasadından asılan ABŞ bayrağını da çıxararaq yandırıblar.

Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

Please publish modules in offcanvas position.