Vaşinqtonda təhlükəsizlik tədbirlərinə 250-dək hərbçi cəlb olunub

/ Çərşənbə axşamı, 02 İyun 2020 12:03
Vaşinqtonda təhlükəsizlik tədbirlərinə 250-dək hərbçi cəlb olunub

ABŞ-ın Müdafiə Nazirliyi afroamerikalı Corc Floydun Minneapolisdə (Minnesota ştatı) ölümünün səbəb olduğu qarışıqlıqlarla əlaqədar şəhərdə təhlükəsizliyin təmin olunması üçün ölkənin paytaxtına 250-dək hərbi qulluqçu cəlb edib.

Bu barədə Pentaqondakı üç mənbəyə istinadən CNN teleşirkəti bildirib.

Məlumata görə, Vaşinqtona Fort-Breqqe bazasında (Şimal Karolina ştatı) yerləşdirilmiş hərbi hissənin qulluqçuları göndəriliblər. Hərbçilər ABŞ paytaxtına bir neçə saat sonra gələcək. Hərbçilərin qarşısında şəhərdəki təhlükəsizliyi təmin etmək, amma etiraz nümayişlərinin və ya qarışıqlıqların iştirakçılarının tutulmasında polisə kömək etməmək vəzifəsi qoyulub.

“USA Today” qəzeti bildirib ki, ABŞ-ın baş prokuroru və ədliyyə naziri Uilyam Barr polisin xüsusi bölmələrini Vaşinqtona kütləvi qarışıqlıqların yatırılmasına göndərilməsi barədə sərəncam verib.

Qəzetin mənbəyinin sözlərinə görə, Federal Təhqiqatlar Bürosu da həmçinin özünün elit bölməsini Vaşinqtonda asayiş orqanlarına girovların xilas edilməsinə cəlb edilməsi barədə göstəriş verib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Please publish modules in offcanvas position.