Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir

/ Çərşənbə, 03 İyun 2020 17:13
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir

Liviya “Milli Razılıq Hökuməti”-nin rəhbəri Türkiyəyə gedir. Ondan öncə müavini Moskvaya səfərə yollanıb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın rəsmi mənbələri məlumat verib.

Məlumata görə Liviya “Milli Razılıq Hökuməti”nin rəhbər müavini Əhməd Maaitiq danışıqlar məqsədilə Moskvaya gedib.

Ə.Maitiq bu gün Moskva rəsmilərilə Liviyada atəşkəs və sülh danışıqları ilə bağlı müzakirələr aparacaq.

Sabah isə “Liviya Milli Razılıq Hökuməti”nin rəhbəri Faiz əs-Sirac Ankaraya gedərək, burada danışıqlar aparacaq. Onun Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşü gözlənilir.

Please publish modules in offcanvas position.