Çavuşoğludan cavab: Aya Sofya mülkümüzdür

/ Çərşənbə, 03 İyun 2020 17:36
Çavuşoğludan cavab: Aya Sofya mülkümüzdür

Aya Sofya Türkiyənin bir mülküdür və fəth edilib.

İslam.az "Axar"-a istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

“Bu həyasızlığı necə etmək olar? Türkiyə ərazisində azanın və yaxud Quranın harada, nə vaxt oxunacağını Yunanıstan müəyyən edə bilməz. Türkiyəyə bu mövzuda ağıl verəcək son ölkə Yunanıstandır. Avropada məscid olmayan tək paytaxt Afinadır”.

Qeyd edək ki, İstanbulun fəthinin ildönümü münasibətilə Aya Sofyada Quran ayələri oxunub. Bununla bağlı Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyəyə mesaj göndərərək bildirib ki, 1935-ci ildən bəri muzey kimi fəaliyyət göstərən Aya Sofyada Quran ayələrinin oxunması xristianların dini hisslərinə təhqirdir.

Please publish modules in offcanvas position.