ABŞ-da komendant saatı zamanı insanlara atəş açıldı: yaralılar var

/ Cümə axşamı, 04 İyun 2020 11:26
ABŞ-da komendant saatı zamanı insanlara atəş açıldı: yaralılar var

ABŞ-ın Nyu-York şəhərində bir şəxs insanlara atəş açıb.

Bu barədə ABC televiziyası məlumat yayıb.

Atışma Bruklin ərazisində baş verib. Həmin şəxs iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polis şübhəlini ağır yaralayıb və nəticədə həmin adam ölüb. Atışmada iki asayiş keşikçisi də yaralanıb.

Qeyd edilib ki, atışma hazırda afroamerikalı Corc Floydun polis tərəfindən tutulduqdan sonra ölməsi səbəbiylə ABŞ-ın bir sıra şəhərlərində baş verən etirazlarla əlaqəli deyil.

Please publish modules in offcanvas position.