Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

/ Cümə axşamı, 04 İyun 2020 15:47
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

KXDR, Cənubi Koreya ilə iki dövlət arasındakı sərhəddə gərginliyin azaldılması ilə bağlı daha əvvəl əldə edilmiş razılığı ləğv edə bilər.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu KXDR lideri Kim Çen Inın başcısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin təbliğat şöbəsinin müdir müavini Kim Ye Çjon bəyan edib. 

Bildirilir ki, bu bəyanat Cənubi Koreyadan şarlar vasitəsi ilə təbliğat bülletenlərinin  KXDR-ə göndərilməsi intensivləşdikdən sonra səsləndirilib.

"Aydındir ki, bu vəziyyətin davam etməsinə icazə verilsə Cənubi Koreya səlahiyyətliləri bunun əvəzini ödəyəcək", açıqlamada deyilir.

Please publish modules in offcanvas position.