Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmayıb

/ Cümə, 05 İyun 2020 13:36
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmayıb

Koronavirusdan sağalmış son üç pasiyent Çinin Uhan şəhərindəki xəstəxanadan evə buraxılıblar.

"RİA Novosti" xəbər verir ki, bu barədə Səhiyyə Məsələləri üzrə Şəhər Komitəsinin xəbərində deyilir.

Qeyd edilir ki, iyunun üçündə son üç pasiyentin iki COVID-19 analizinin nəticəsi mənfi olub. Onların hərarəti normada idi, simptomlar yox olub. Növbəti gün həkimlər pasiyentlərin səhhətini xəstəxanadan buraxılmaq üçün qənaətbəxş qiymətləndiriblər.

"Beləliklə, Uhan xəstəxanalarında yeni koronavirus pasiyentləri yoxdur", - xəbərdə deyilir.

Bundan başqa, 1 iyuna olan vəziyyətə görə, daha əvvəl orta risk zonası tanınmış Dunsihu ərazisində 14 gün ərzində yeni yoluxma aşkar edilməyib, buna görə 2 iyundan epidemiologiya təhlükəsi orta səviyyədən aşağı salınıb.

İndi Uhanın bütün rayonları aşağı səviyyəli təhlükə zonalarıdır.

Please publish modules in offcanvas position.