Liviya "Milli Razılıq Hökuməti" qüvvələri Türkiyənin dəstəyilə Tarhuna şəhərini nəzarətə götürüb
Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Liviya "Milli Razılıq Hökuməti" qüvvələrinin mətbuat katibi Məhəmməd Qanunu açıqlama verib.
Bildirilib ki, bu gün Liviya "Milli Razılıq Hökuməti" qüvvələri Tripolinin 90 km cənubunda olan Tarhuna şəhərini də nəzarətə götürüblər.
Tarhuna şəhəri general Xəlifə Haftarın rəhbərlik etdiyi "Milli Ordu"nun paytaxt Tripoli istiqamətində həyata keçirdiyi hücumların start mövqeyi hesab edilirdi.
Liviya "Milli Razılıq Hökuməti" qüvvələri bundan öncə paytaxt Tripolinin bütün inzibati ərazilərini nəzarətə aldıqlarını bəyan etmişdilər.