Fars Körfəzində İraq sularının yaxınlığında İranın bir yük gəmisi batıb. Hadisə nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilib.
Islam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə ölkə rəsmi mənbələri məlumat veriblər.
Bəsrəni İraq Parlamentində təmsil edən deputat Kazim əl-Həmmaminin sözlərinə görə ötən gecə İraq sularının yaxınlığında İranın bir yük gəmisi batıb.
İraqın yardım gəmiləri batan gəmi ekipajının 5 üzvünü xilas edə biliblər. Dörd nəfərin öldüyü iddia edilir.
Eyni zamanda İraq KİV-ləri bildiriblər ki, İranın ötən gecə batan Bəhbəhan adlı gəmisində 850 tondan çox keramika yükü olub.
Hadisənin dəqiq səbəbi hələ məlum deyil.