Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi

/ Bazar ertəsi, 08 İyun 2020 11:07
Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi

Yeni zelandiyalı həkimlər koronavirusa yoluxmuş sonuncu xəstənin müalicə olunaraq evə buraxıldığını və son iki həftə ərzində ölkədə virusa yeni yoluxma halının aşkarlanmadığını bildiriblər.

TASS agentliyi xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Milli Səhiyyə Nazirliyindən məlumat verilib.

Rəsmi məlumata əsasən, Yeni Zelandiyada virusa son yoluxma 22 mayda qeydə alınıb. Ümumilikdə, 295 min insan koronavirus testindən keçib.

Please publish modules in offcanvas position.