ABŞ-ın Çinə sanksiya tətbiq edə bilməməsinin SƏBƏBLƏRİ

/ Bazar ertəsi, 08 İyun 2020 12:52
ABŞ-ın Çinə sanksiya tətbiq edə bilməməsinin SƏBƏBLƏRİ

ABŞ-ın Çinə sanksiyalar tətbiq edəcəyi təqdirdə Honkonqda yerləşən ABŞ şirkətləri ciddi maddi zərər çəkə bilər.

TASS agentliyi xəbər verir ki, bu barədə Çinin ingilis dilində nəşr olunan nüfuzlu “China Daily” qəzetində məqalə dərc edilib.

Nəşr yazır ki, Honkonqda 85 min amerikalı yaşayır və işləyir, 13 mindən çox ABŞ şirkəti muxtar regionda fəaliyyət göstərir.

Statistikaya əsasən, ABŞ-da 210 min iş yerinin mövcudluğu Honkonqla məhsul, xidmət və işbirliyinin payına düşür.

Rəsmi Vaşinqtonun Honkonqda böyük iqtisadi maraqları var və bu ərazi ABŞ biznesi üçün böyük qazanc yeri hesab edilir.

Məqalədə qeyd olunur ki, ABŞ iqtisadiyyatı Honkonqla ticarət dövriyyəsindən il ərzində 30 milyard dollar qazanc əldə edir.

Please publish modules in offcanvas position.