Yəməndə koronavirusa yoluxanların 25 faizi ölüb

/ Çərşənbə axşamı, 09 İyun 2020 11:07
Yəməndə koronavirusa yoluxanların 25 faizi ölüb

Yəməndə yeni növ koronavirusa yoluxanların 25 faizi həyatını itirib.

“Anadolu” agentliyi bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Humanitar İşlər Koordinasiya Ofisi”nin (OCHA) açıqlamasına istinadla xəbər verir.

Yəməndə koronavirusa ilk yoluxmanın müəyyən edildiyi 10 apreldən indiyədək 486 yoluxmanın aşkar edildiyi bildirilir.

Virusa yoluxanların 112-nin vəfat etdiyi qeyd olunur.

Please publish modules in offcanvas position.