İran Qasım Süleymanini ABŞ-a satan şəxsi edam edəcək

/ Çərşənbə axşamı, 09 İyun 2020 13:25
İran Qasım Süleymanini ABŞ-a satan şəxsi edam edəcək

İranlı general Qasım Süleymaniyə təşkil edilən sui-qəsddə əli olduğu iddia edilən, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin kəşfiyyat qurumu “Mossad”la işbirliyində ittiham olunan casus edam ediləcək.

“The Guardian” yazır ki, bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili televiziya kanallarının birinə verdiyi müsahibəsində deyib.

“ABŞ kəşfiyyatı və “Mossad”ın agenti olan Mahmud Musəvi-Məcid ölüm cəzasına məhkum edilib. O, düşmənlərimizə Qasım Süleymaninin harada olduğu haqqında məlumat verib”, - deyə Q.İsmaili qeyd edib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani bu il yanvarın 3-də Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb.

Please publish modules in offcanvas position.