Pxenyan Seulla bütün rabitə əlaqələrini kəsəcək.
İslam.az SalamNews-a istinadla verdiyi xəbərə görə, müvafiq bəyanatı Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) yayıb.
KXDR hesab edir ki, Cənubi Koreya hökuməti şimal ilə cənub arasındakı münasibətləri "son nöqtəyə" çatdırıb və ölkələr arasındakı danışıqlar "yalnız xəyal qırıqlığından ibarətdir".
"Belə bir nəticəyə gəldik ki, artıq Cənubi Koreya hakimiyyəti ilə danışıqlar masasında müzakirə edəcəyimiz bir şey yoxdur", açıqlamada deyilir.