Nigeriyada silahlıların hücumu zamanı 69 nəfər həlak olub

/ Çərşənbə, 10 İyun 2020 12:02
Nigeriyada silahlıların hücumu zamanı 69 nəfər həlak olub

Nigeriyanın şimal-şərqindəki Borno ştatında "Boko Haram" radikal islam qruplaşması silahlılarının hücumu zamanı azı 69 nəfər həlak olub.

Bu barədə mənbələrə istinadən "Reuters" agentliyi bildirib.

Məlumata görə, silahlılar Fadum Kolor kəndinə hücum ediblər. Onlar yaşayış məntəqəsinə avtomobillər və motosikletlərlə gələrək sakinlərə atəş açıblar, kəndi dağıdıblar, mal-qaranı və dəvələri qarət ediblər.

Nigeriyada "Boko Haram" radikal islamçı qruplaşma fəaliyyət göstərir. Onun silahlıları qərb modelinə qarşı çıxır və bütün ölkəboyu şəriət qaydalarının tətbiqinə çalışırlar. Qruplaşma Niger, Kamerin və Çadda ona qarşı hərbi kampaniyaya cavab olaraq terror aktları həyata keçirir. 

Please publish modules in offcanvas position.